Türkiyədə gözlənilən qar və əlverişsiz hava şəraiti İstanbuldan uçuşların dayandırılmasına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Türk Hava Yolları daxili və beynəlxalq uçuşların təxirə salındığını elan edib.
Qurum yaydığı açıqlamada 13 reysin dayandırıldığını qeyd edib: “Əlverişsiz havaya görə Odessa, Sofiya, Kişinyov, Xarkov, Malta, Saloniki, Dubrovnik, Belqrad, eləcə də Üsküp, Ordu-Giresun, Sinop, Antalya və Qaziantep uçuşları ləğv edilib”.
Səfərlərin nə zaman bərpa ediləcəyi barədə heç bir məlumat verilməyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər