“Türk Hava Yolları”ında bomba həyəcanı - Təcili eniş

turk-hava-yollariinda-bomba-heyecani-
Oxunma sayı: 2082

ABŞ-ın Hyuston şəhərindən İstanbula uçan “Türk Hava Yolları” şirkətinə məxsus “Boeing-777-300” təyyarəsi İrlandiyada təcili eniş edib.

“Qafqazinfo”nun report-a- istinadən məlumatına görə, təcili enişə təyyarənin göyərtəsində bomba olmasına dair yazının aşkarlanması olub.

Təcili enişdən sonra təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.

İrlandiya polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.