“Türk Hava Yolları”ndan çağırış

turk-hava-yollarindan-cagiris
Oxunma sayı: 4498

“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhdə görə bəzi ölkədaxili və ölkəxarici səfərləri təxirə salıb.

Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, şirkətin saytında yayılan cədvələ əsasən 925 aviareysin uçuşu yubadılır. “Türk Hava Yolları” sərnişinlərini mütamadi olaraq şirkətin saytına daxil olaraq ən yeni məlumatları almağa çağırıb.

Bundan başqa, Rusiya Hava Yolları da Türkiyəyə uçuşlara müvəqqəti olaraq qadağa qoyub.