Türk idmançı rekord vurdu

turk-idmanci-rekord-vurdu
Oxunma sayı: 666

ANS PRESS-in Türkiyə mətbuatına isinadən verdiyi məlumata görə, dalğıc su altında 135 saat 2 dəqiqə 20 saniyə qalaraq özünə məxsus olan rekordunu yeniləyib.

Cem Krabay dünya rekordunu şəhidlərə ithaf etdiyini bildirib. Türk rekordçunun növbəti hədəfi su altında 193 saat keçirməkdir. O, bu cəhdini sabah Türkiyə Cumhuriyyət bayramında edəcək.

Xatırladaq ki, Cem Karabay 2009-cu ildə su altda 135 saat 2 dəqiqə 19 saniyə qalaraq “Ginnesin Rekordlar Kitabı”na adını yazdırmışdı.