Türk lirəsi kəskin ucuzlaşdı - Tarixi rekord

Türk lirəsi kəskin ucuzlaşdı
Oxunma sayı: 7939

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.

Bundan sonra Türkiyə lirəsinin dollar nisbətdə məzənnəsi kəskin şəkildə ucuzlaşıb. Hazırda bir ABŞ dolları 18,42 türk lirəsinə dəyişdirilir.