“Qafqazinfo”nun məlumatına görə, xalq artistinin mahnısını türkiyəli müğənni Damla Koç ifa edəcək. Bu haqda “İnstaqram” səhifəsində yazan Damla eyni zamanda Aygün Kazımovanın fotosunu paylaşaraq təəssüratlarını qeyd edib:
“İki dövlət bir millət, mahnılarımızda bir könüllərimizdə... Aygün Kazımovadan dinləyib doymadığımız hit mahnını hər kəs doya - doya yaşasın istədik”.
Qeyd edək ki, “Düşün məni” mahnısını Aygün Kazımova 2011-ci ildə ifa edib. Mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aiddir.
Könül
Son xəbərlər
Son Xəbərlər