Türk nazir Sarkisyanı sökdü

turk-nazir-sarkisyani-sokdu
Oxunma sayı: 659

"Sadəcə Avropa deyil, Avropadan kənarda Türkiyənin uzatdığı sülh əlini anlamayacaq qədər zehni korlanmış və kirlənmiş siyasətçilərin olduğunu görürük. Sarkisyan öz millətinin gəncliyini qaranlıq yola sövq etməkdən başqa heç bir şey etmir. Onun etdiyi öz ayağına güllə vurmaq, həddini aşmaqdır", - deyə o vurğulayıb.

Nazirin Türkiyədəki ermənilərin və erməniəsilli vətəndaşların Sarkisyanın açıqlamasından narahat olduqlarını deyib: "İnanıram ki, onlar bu təhrikə qarşı qərarlı mövqe nümayiş etdirəcək. Bu mövqedən dönməyəcəyi təqdirdə, Sarkisyan bunun cavabsız qalmayacağını bilməlidir. Türkiyənin dostluğu güclüdür və bütün dostlarımız bu dostluqdan qazanc əldə edib. Bunun əksini istəyənlər isə həmişə ziyan çəkib".

Qeyd edək ki, Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində Sarkisyan Türkiyənin şərqindəki Ağrı dağı ərazilərinin geri alınmasını ölkə gənclərinə hədəf göstərib. Şagirdlərdən birinin “Qərb torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala biləcəyikmi?” sualına Sarkisyan “Qarabağı biz aldıq, Ağrını da siz alın! Bu sizə bağlıdır",- deyə boyundan böyük cavab verib.