Türk ordusunun hərbi avtomobili Şimali Kiprdə qəzaya düşdü - Ölən və yaralananlar var

turk-ordusunun-herbi-avtomobili-simali-kiprde-qezaya-dusdu
Oxunma sayı: 1327

Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə ordusuna məxsus hərbi avtomobil qəza edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qəza nəticəsində əsgər Uğurcan İşığın şəhid olduğu, 11 əsgərin yaralandığı bildirilib:

“Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralı silahdaşlarımıza şəfa diləyirik”.