Türk polisindən uğurlu əməliyyat - 700 kq narkotik ələ keçirildi

turk-polisinden-ugurlu-emeliyyat
Oxunma sayı: 1182

Türkiyənin Diyarbəkir şəhərində narkotiklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, Narkotiklə Mübarizə Şöbəsi Silvan yolunda əməliyyat keçirib. Saxlanılan yük avtomobilindən 700 kq narkotik aşkarlanıb.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.