Türk qəhvəsi niyə suyla içilməlidir?

turk-qehvesi-niye-suyla-icilmelidir
Oxunma sayı: 4462

Türkiyə deyəndə ağla gələn içkilərdən biri də qəhvədir.

Acı dadı ilə digərlərindən fərqlənən türk qəhvəsi damaq dadına görə lokum, quru meyvə ilə təqdim edilsə də, onun yanında suyun olması mütləqdir. Bunun səbəbini isə çoxumuz bilmirik.

Qafqazinfo” bu məqamda bəzi maraqlı nüansları təqdim edir. Məlumdur ki, böyrəkdə yaranan daşların 75%-i oksalatdır. Məhz, qəhvənin tərkibində də oksalat duzları mövcuddur. Elə bu səbəbdən də, türk qəhvəsinin yanında su vacibdir. Belə ki, qəhvənin su ilə içilməsi böyrəkdə oksalatın çoxalmasının qarşısını alır.

Aysel Kərimova