Türkiyəli rejissorun filmi ABŞ-da 5 mükafat qazandı - Fotolar

turkiyeli-rejissorun-filmi-abs-da-5-mukafat-qazandi
Oxunma sayı: 3708

Türkiyəli rejissor Müslüm Şahinin “Muallim” (“Müəllim”) filmi “American Golden Picture” Beynəlxalq Film Festivalında böyük marağa səbəb olub.  

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.  

Belə ki, film “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” kateqoriyaları da daxil olmaqla, beş mükafata layiq görülüb.

Filmin prodüseri Halit Arabacı bildirib ki, çəkiliş komandası ekran işinin iştirak etdiyi birinci beynəlxalq festivalda belə bir uğur qazanmasından hədsiz qürur hissi keçirir.

Qeyd edək ki, film Türkiyənin TRT telekanalı və Mədəniyyət və Turizim Nazirliyinin birgə istehsalıdır. Ekran işinin rejissoru M.Şahin Türkiyədə kinematoqrafiya, ABŞ-da isə rejissorluq üzrə təhsil alıb.  

Filmdə hadisələr XX əsrin əvvəllərində baş verir. Kinolentin qəhrəmanı Fransada təhsil aldıqdan sonra Anadoluda milli dəyərlər səbəbindən həmvətənliləri ilə münaqişəyə girən Əli adlı müəllimdir.