Türk səfirdən Bakının azad olunması ilə bağlı paylaşım

turk-sefirden-bakinin-azad-olunmasi-ile-bagli-paylasim
Oxunma sayı: 838

“Bu gün Bakının bolşevik və erməni birləşmələrinin işğalından qurtulmasından 103 il ötür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz rəsmi tviter hesabında yazıb.

“Bu mənalı gündə Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuri Paşanı, qəhrəman ordusunu və Qafqazın bağrında yatan minlərlə şəhidimizi rəhmət və minnətdarlıqla anırıq”, - deyə səfir öz paylaşımında qeyd edib.