“MFÖ” qrupunun solisti, aktyor Özkan Uğur ikinci dəfə xərçəng xəstəliyinə tutulub.
“Qafqazinfo” xəbər verir ki, 66 yaşlı məşhur sima qrup üzvləri ilə #evdəqal konsertlərində iştirak edə bilmir, müalicəsini davam etdirir.
Bir neçə gündür KİV-də müzakirə olunan Özkan instaqramda açıqlama yayaraq hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib: “Narahatlığımla bağlı zəng edən, soruşan, dualarını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Müalicəm davam edir. Gözəl və sağlıqlı günlərdə birlikdə olacağıq”.
Qeyd edək ki, müğənniyə 2013-cü ildə limfa xərçəngi diaqnozu qoyulmuş, o, xəstəliklə mübarizədə qalib gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər