Türk serial ulduzunun sevişmə videoları məhkəmədə

turk-serial-ulduzunun-sevisme-videolari-mehkemede
Oxunma sayı: 1645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, müxtəlif seriallarda aktyorluq edən 32 yaşlı Berna A. üç ay öncə ayrıldığı sevgilisi Mehmet A-nın saxta profillə internetdəki 7 min 500 nəfərlik qrupa üzv olduğunu və birlikdə, tək çəkilmiş şəxsi videolarını yaydığını iddia edib. O, İstanbul Dövlət Məhkəməsinə etdiyi şikayətdə videoları birlikdə olduqları müddətdə çəkildiyini, amma dostunun belə bir şey edəcəyini təxmin etmədiyini deyib.

Həmçinin, bu videoların müxtəlif internet səhifələrində porno adıyla yayıldığını söyləyib.