Türk siyasətçi dünyasını dəyişdi

turk-siyasetci-dunyasini-deyisdi
Oxunma sayı: 1477

Türkiyənin “Rifah” partiyasının keçmiş sədri Əhməd Təkdal dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bir müddətdir özəl xəstəxanada müalicə alan Təkdal 89 yaşında vəfat edib.

Siyasətçinin cənazəsinin Gölbaşındakı ailə türbəsində dəfn edilməsinə qərar verildiyi bildirilib.

Qeyd edək ki, “Rifah” partiyasının qurucu üzvlərindən biri olan və bir müddət bu partiyanın sədri olmuş Əhməd Təkdal Türkiyə parlamentinin 20-ci çağırışı dönəmində millət vəkili kimi də fəaliyyət göstərib.