Türk Şurası XİN başçılarının iclası başladı - Video

turk-surasi-xin-bascilarinin-iclasi-basladi
Oxunma sayı: 1029

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin xarici işlər nazirləri şurasının fövqəladə iclası Türkiyənin İstanbul şəhərində başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Türk Şurasının rəsmi tvitter hesabında paylaşılıb.

Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlovun öz tviter hesabında yaydığı məlumata görə, iclas 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

O, həmçinin qeyd edib ki, görüşdə Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.