“Qafqazinfo” xəbər verir ki, Abay Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə Türk xalqları ədəbiyyatı kafedrası tərəfindən təşkil olunan tədbir "Novruz bayramı - türk xalqlarının ümumi dəyəri" devizi altında keçirilib. Viktorinada iki tələbə komandası iştirak edib: "Qılınç və Qələm" və "Gənc qələmlər". Tələbələr Azərbaycan, türk, qazax, özbək, qırğız, türkmən və tatar ədəbiyyatı üzrə öz biliklərini nümayiş etdiriblər. Qalib "Gənc qələmlər" komandası olub və komandaya Abay Mərkəzi və Yunus Emre İnstitutu tərəfindən hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər