Türkanda 1 ton kələm oğurlandı

turkanda-1-ton-kelem-ogurlandi
Oxunma sayı: 1023

Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən kələm məhsulu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.