“Turkish Airlines” Rusiyaya uçuşları bərpa edir

turkish-airlines-rusiyaya-ucuslari-berpa-edir
Oxunma sayı: 1138

Türkiyənin milli hava daşıyıcısı “Türk Hava Yolları” sabahdan etibarən Rusiyaya uçuşları tam həcmdə bərpa edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə aviaşirkətin sözçüsü bildirib.

“Rusiya rəsmi orqanlarının qərarına uyğun olaraq, Rusiyaya gediş-gəliş qadağası 22 iyun saat 00.00-dan (Moskva vaxtı ilə) ləğv ediləcək. O vaxtdan etibarən uçuş cədvəlimizi tam olaraq bərpa edirik”, - deyə sözçü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Türkiyə ilə aviaəlaqənin 22 iyundan etibarən bərpa olunacağını açıqlayıb.