“Turkish Airlines” xarici uçuşlara qoyduğu məhdudiyyəti növbəti dəfə uzatdı

turkish-airlines-xarici-ucuslara-qoydugu-mehdudiyyeti-novbeti-defe-uzatdi
Oxunma sayı: 1793

Koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşları daha əvvəl mayın 1-nə qədər dayandıran Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti (“Turkish Airlines”) bu müddəti mayın 20-dək uzadıb.

“Qafqazinfo” bildirir ki, bu barədə şirkətin Tvitter hesabında məlumat verilib.

“Yeni növ koronavirus qlobal pandemiyası (COVID-19) və infeksiyanın yayılmasına qarşı mübarizə ilə bağlı rəsmi qurumların tədbirlərini nəzərə alaraq, THY-nin bütün daxili reysləri mayın 1-dək, beynəlxalq reysləri isə mayın 20-dək dayandırılıb”, - bildirişdə deyilir.