“Turkish Open”i taekvondoçularımız bir dəst medalla başa vurdu

turkish-openi-taekvondocularimiz-bir-dest-medalla-basa-vurdu
Oxunma sayı: 1104

Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq yarışı taekvondoçularımız 1 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurublar.

"Qafqazinfo" xəbər verir ki, yarışın üçüncü günü daha bir taekvondoçumuz medal qazanıb. Belə ki, komandamızın üzvü Ayxan Tağızadə (74 kq) turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, 87 kiloqramdan yuxarı çəki dərəcəsində gücünü sınayan Radik İsayev isə gümüş medal qazanıblar.