Türkiyә ilә oyundan sonra atasının ölüm xәbәrini aldı

turkiy-il-oyundan-sonra-atasinin-olum-xbrini-aldi
Oxunma sayı: 5372

Xorvatiya millisinin kapitanı Daryo Srna Türkiyə ilə keçirdikləri matçdan sonra qələbə sevincini yaşaya bilməyib.

Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu oyundan sonra atasının ölüm xəbəri ilə sarsılıb. Srnanın atası Uzeir Srna uzun müddət mübarizə apardığı xərçəng xəstəliyindən vəfat edib.

2-ci dünya müharibəsində möcüzəvi şəkildə sağ qalan Daryo Srnanın atası oyunun gedişində dünyasını dəyişib. Matçdan sonra futbolçular yığmanın kapitanına təsəlli veriblər.

Xatırladaq ki, Srna Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda cərimə zərbəsindən qol vurmağa yaxın olsa da, top qapı tirinə tuş gəlmişdi.