Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar indiyə qədər Suriya və İraqda öldürülən terrorçu sayını açıqlayıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qərargah rəisi Türkiyənin apardığı əməliyyatlar nəticəsində 1300 İŞİD-çinin zərərsizləşdirildiyini bildirib:
“İŞİD xüsusilə bizim bölgəyə, eyni zamanda dünyaya təhdid təşkil edən ən barbar terror təşkilatlarındandır. Bu təşkilatın heç bir şəkildə islam və müsəlmanları təmsil etməsi müzakirə mövzusu ola bilməz. Türkiyə 2013-cü ildən bəri İŞİD-i terror təşkilatı olaraq tanıyır. Bugünə kimi Suriya və İraqda Türkiyə Silahlı Qüvvələri tərəfindən 1300 İŞİD-çi zərərsizləşdirilib”.
Son xəbərlər
Son Xəbərlər