Türkiyə koronavirusun yayılması ilə mübarizə çərçivəsində 14 ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daha əvvəl - fevralın 3-dən Türkiyə Çinlə, fevralın 23-dən İranla, fevralın 29-dan İraq, Cənubi Koreya və İtaliya, martın 14-dən Almaniya, İspaniya, Norveç, Fransa, Avstriya, Danimarka, İsveç, Belçika və Niderlandla hava əlaqəsini dayandırıb.
XİN-in məlumatına görə, martın 14-dən Türkiyə yuxarıda sadalanan ölkələrdən gələn bütün sərnişinlərə ölkəyə girişi qadağan edib. Qadağa aprelin 17-dək qüvvədə qalacaq.
Qadağa bu ölkə sakinlərindən savayı, son 14 gün ərzində orada olan üçüncü ölkə vətəndaşlarına da aiddir.
Son xəbərlər
Son Xəbərlər