Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində partlayış olub.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğunun partlaması nəticəsində qeydə alınıb. Belə ki, həmin ərazidən hərbi maşın keçən zaman partlayış baş verib.
Nəticədə 2 əsgər şəhid olub, 1 mülki şəxs yaralanıb.
Ərazidə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.
Son xəbərlər
Son Xəbərlər