Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq

Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq
Oxunma sayı: 1601

Türkiyə bu ilin avqust ayında koronavirusun müalicəsində istifadə olunacaq iki yerli dərman preparatını kütləvi istifadəyə buraxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri Həsən Mandal açıqlama verib.

“Bunlardan biri Ankara Universitetində hazırlanmış, digəri isə Bahçeşehir Universitetində hazırlanmış bir dərmandır. Bu dərmanların mövcud müalicə metodlarından daha təsirli olduğunu müşahidə etdik. Hər iki dərmanın da avqust ayında xalqımızın istifadəsinə verilməsini planlaşdırırıq”,- deyə Mandal qeyd edib.