Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, İraqın şimalındakı Qara bölgəsində aparılan əməliyyatlarda PKK-nın üç terrorçusu öldürülüb:
“Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək”.
Son xəbərlər
Son Xəbərlər