Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu koronavirusun yayılması səbəbindən uçuşlar dayandırıldığına görə Avropadan geri dönə bilməyən Türkiyə vətəndaşları haqqında danışıb.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, XİN rəhbəri 3614 Türkiyə vətəndaşının bu gecə Avropadan ölkəyə qayıdacağını bildirib.
Onun sözlərinə görə, həmin şəxslər İstanbul və Ankaradakı yataqxanalarda karantində saxlanılacaqlar.
Qeyd edək ki, Türkiyə 9 ölkəyə aviareysləri dayandırıb. Xarici ölkələrdən qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün isə xüsusi təxliyyə uçuşları təşkil olunur.
Son xəbərlər
Son Xəbərlər