Mardin şəhərinin Nusaybin rayonunda PKK-çıların bombanı partlatması nəticəsində 6 nəfər şəhid olub.
”Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonun Diclə məhəlləsində təhlükəsizlik qüvvələri binalardan birində əməliyyat keçiriblər.
Onların binaya girişi zamanı terrorçular öncədən yerləşdirdikləri bombanı uzaqdan partladıblar.
Hadisə nəticəsində 1-i xüsusi hərəkat polisi, 5-i əsgər olmaqla 6 nəfər şəhid olub.
Son xəbərlər
Son Xəbərlər