Türkiyə ABŞ-dən F-16 qırıcıları alacaq - Sənəd imzalandı

turkiye-abs-den-f-16-qiricilari-alacaq
Oxunma sayı: 2144

Türkiyə ABŞ ilə F-16 qırıcılarının alınması ilə bağlı razılaşmalar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəsinə istinadən bildirib.

“Razılaşmalar imzalanıb. Razılaşmaların detallarının dəqiqləşdirilməsi üzrə işlər iki ölkənin nümayəndə heyətlərinin danışıqları zamanı davam etdirilir. Qəbul edilmiş qərarlarla bağlı təfərrüatlar daha sonra ictimaiyyətə çatdırılacaq”, - məlumatda deyilir.