“Türkiyə ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıq sazişini dondura bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Bloomberg” çıxış edib.
Bildirilir ki, bu barədə “Bloomberg”ə Türkiyə rəsmilərindən məlumat daxil olub.
Qeyd olunub ki, söhbət 1980-ci ildə imzalanmış, Suriya və İraq kimi regional münaqişələrdə ABŞ-la əməkdaşlığı ehtiva edən Müdafiə və İqtisadi Əməkdaşlıq Sazişindən gedir.
Agentlik yazır ki, bu addım ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə cavab olaraq atılır və müdafiə sahəsindəki ikitərəfli sazişin fəaliyyətini dondura bilər.
Sözügedən sazişə görə, ABŞ Türkiyəyə hərbi sənaye və ordunun inkişafı, modernləşdirilməsində kömək göstərir.
Son xəbərlər
Son Xəbərlər