Türkiyə 3 qol vurub qələbə qazandı - Yenilənib + Video

turkiye-3-qol-vurub-qelebe-qazandi
Oxunma sayı: 18353

Almaniyada keçirilən AÇ-2024 davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Türkiyə yığması mübarizəyə başlayacaq.

F qrupunda yer alan “ay ulduzlular” AÇ-yə sürpriz edərək qatılan Gürcüstan yığması ilə üz-üzə gələcək.

Matçın start fiti 20:00-da veriləcək.

Qrupun digər matçında Portuqaliya Çexiya ilə qarşılaşacaq. Bununla da AÇ-də qrup mərhələsinin ilk turuna yekun vurulacaq.

AÇ-2024

F qrupu

1-ci tur

20:00. Türkiyə - Gürcüstan 

23:00. Portuqaliya - Çexiya

***

Türkiyə və Gürcüstan komandalarının start heyətləri bəlli olub.

Türkiyə: Mert Günok, Samet Akaydın, Orkun Kökcü, Arda Güler, Hakan Çalhanoğıu (kapitan), Abdülkerim Bardakçı, Mert Müldür, Kenan Yıldız, Ferdi Kadıoğlu, Barış Alper Yılmaz, Kaan Ayhan

Baş məşqçi: Vinçenzo Montella

Gürcüstan: Mamardaşvili, Kakabadze, Dvali, Kaşia, Kverkvelia, Koçoraşvili, Kvaratsxelia, Çakvatdze, Mekvabişvili, Tsitaişvili, Mikautadze

Baş məşqçi: Villi Sanyol

***

Matç başladı.

***

Türkiyə yığması hesabı açdı. Mert Müldür 26-cı dəqiqədə mükəmməl qol vurdu. Hesab: 1-0

***

Gürcüstan hesabı bərabərləşdirdi. Mikautadze 32-ci dəqiqədə fərqləndi. Hesab: 1-1

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Türkiyə hesabda önə keçdi. Arda Gülər 66-cı dəqiqədə fantastik qol vurdu. Hesab: 2-1

***

Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə hesabı 3:1 edir. 

***

Matç bitdi. Hesab: 3-1