Türkiyə aeroportunda bomba həyəcanı

turkiye-aeroportunda-bomba-heyecani
Oxunma sayı: 2038

Antalya hava limanında bomba həyəcanı yaşanıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hava limanında çantasını X-Ray cihazından keçirmək istəməyən,  “Bismillah, Allahu-əkbər” deyərək qışqıran şəxs saxlanılıb.

Həmin şəxs ötən gün axşam da havalimanında olduğu zaman üzərində narkotik olduğu üçün saxlanılmış, bir müddət sonra isə sərbəst buraxılmışdı.

Suriyalı vətəndaşın narkotik istifadəçisi olduğu müəyyənləşib.