Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Hatay rayonunun Hassa qəsəbəsindəki polis bölməsi terrorçular tərəfindən top atəşinə tutulub.
“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid olub, 5 hərbiçi yaralanıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.
Bildirək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində 935 terrorçu zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər