Türkiyə hökuməti alman deputatlardan ibarət qrupun Almaniyanın Silahlı Qüvvələrinin hərbçilərinin xidmət etdiyi İncirlik hərbi bazasına baş çəkməyinə icazə verməyib.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, parlamentarilərin səfərinin ləğvinə səbəblərdən biri kimi Almaniyada dövlət çevrilişinə cəhd prosesində bir neçə türk zabitinin şübhəli bilinməsi faktı göstərilir.
“The İndependent” nəşri yazır ki, Almaniya kansleri Angela Merkel Ankaranın bu qərarına şərh olaraq rəsmi Berlinin öz qoşunlarını Türkiyədən çıxarmaq məsələsini nəzərdən keçirdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər