Almaniyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında olan provakativ çıxışlara rəsmi Ankaradan cavab gecikməyib.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Berlindəki səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə nota verib.
Xatırladaq ki, iyulun 3-də alman sənətçi Filip Ruk Almaniya Nazirlər Kabinetinin qarşısında qurulan səhnədə təxribat xarakterli çıxış edib. O, yanındakı plakatda Ərdoğan, Vladimir Putin və Kral Salmanın şəklinin olduğu avtomobili formal olaraq müsabiqəyə çıxarmışdı. Plakatda isə “Bu avtomobili qazanmaq istəyirsən? O zaman diktaturanı öldür” şüarı yazılmışdı.
Bununla əlaqədar verilən notada qeyd edilib ki, dövlət binasının önündə belə bir təxribatın baş tutması qəbuledilməzdir.
.jpeg)
Son xəbərlər
Son Xəbərlər