Türkiyə Almaniyaya nota verdi

turkiye-almaniyaya-nota-verdi
Oxunma sayı: 2317

Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfir YPG terror təşkilatının Almaniyadakı fəaliyyəti səbəbi ilə əlaqədar XİN-ə dəvət olunub. Ancaq səfir Ankarada olmadığı üçün nazirliyə gedə bilməyib. Onun yerinə Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili XİN-ə gedib.

Qeyd edək ki, səfir Mart Erdmanna Türkiyədə olduğu 2,5 ildə 21 dəfə XİN-ə çağrılaraq nota təqdim olunub.