Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 1 əsgər şəhid olub, 2-si yaralanıb.
İnsident Tunceli vilayətində qeydə alınıb.
Xəsarət alan hərbçilər artıq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı əsgərlərin həyatlarına təhlükə yoxdur.
Bölgədə anti-terror əməliyyat davam edir.
Son xəbərlər
Son Xəbərlər