Türkiyə Aralıq dənizində qazma işlərinə başladı

Türkiyə Aralıq dənizində qazma işlərinə başladı
Oxunma sayı: 958

Türkiyənin 4-cü qazma gəmisi “Abdülhamid Han” Yörüklər-1 quyusunda bu gün ilk qazma işlərinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez tviter hesabında yazıb.

“Qara dənizin sevincini bu dəfə Aralıq dənizində yeni müjdələrlə yaşatmaq qərarı vermişik. Mühəndislərimizin alın təri və millətimizin duaları ilə gəmimizin qazma işləri uğurlu olsun”, - paylaşımda qeyd olunub.