Türkiyə Arif Ərdəmlə bağlı hərəkətə keçdi

turkiye-arif-erdemle-bagli-herekete-kecdi
Oxunma sayı: 2584

Türkiyənin Ədliyyə Nazirliyi dünən həyat yoldaşı ilə ABŞ-da görüntülənən “Qalatasaray”ın keçmiş futbolçusu Arif  Ərdəmlə bağlı hərəkətə keçib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul 23-cü Ağır Cəza Məhkəməsi FETÖ terror təşkilatına üzv olmaqda günahlandırılan Ərdəmin ekstradisiyası üçün ABŞ-ın səlahiyyətli nümayəndələrinə tələbnamə ünvanlayıb.

FETÖ-nün futbol şəbəkəsinə üzv olmaqda ittiham olunan futbolçu haqqında həbs qərarı çıxdıqdan sonra Arif ərdəm həyat yoldaşı və iki uşağı ilə birlikdə İpsala sərhəd qapısından əvvəlcə Yunanıstana, daha sonra isə ABŞ-a gedib.