“Türkiyə Avropa Birliyinə üzv olmayacaq”

turkiye-avropa-birliyine-uzv-olmayacaq
Oxunma sayı: 1940

Böyük Britaniyanın Maliyyə naziri Corc Ozborn Türkiyənin Avopa Birliyinə qoşulması məsələsinə sərt münasibət bildirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya rəsmisi sözügüdən mövzu barədə BBC telekanalında danışıb. Nazir Britaniyanın Avropa Birliyindən ayrılmasını tələb edən və Türkiyənin AB-yə üzvü olması üçün qaçqınların artacağını deyənlərin arqumentlərini qəti şəkildə rədd edib. O bəyan edib ki, Türkiyə Aİ-yə qəbul olunmayacaq. Sərt fikirlər səsləndirən C.Ozborn “Mən yaşadığım müddətcə Türkiyə Avropa Birliyinə üzv olmayacaq”,- deyə bildirib.

Aysel Kərimova