Türkiyə axtarış üçün İrana gecəgörmə cihazlı helikopter və heyət göndərdi - Yenilənib

turkiye-axtaris-ucun-irana-gecegorme-cihazli-helikopter-ve-heyet-gonderdi
Oxunma sayı: 5235

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecəgörmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumatda qeyd olunub ki, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32 xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib.

Həmçinin, Ankara, Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici hazır vəziyyətə gətirilib.

AFAD rəhbərliyi İrandakı hadisələri diqqət mərkəzində saxladığını vurğulayıb.

***

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış işlərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.