“Bizi ən çox Ay missiyası həyəcanlandırır. İlk missiyamız Ayla təması gerçəkləşdirməkdir. İkinci missiyamız isə Ayın səthinə eniş həyata keçirməkdir”.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkəsinin kosmos proqramı ilə bağlı planlarından söz açan Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.
Nazir qeyd edib ki, Prezident Ərdoğanın istəyi bir qadın astonavtın kosmosa getməsidir:
“Ən uyğun vətəndaşımızın orada missiyanı həyata keçirməsini təmin edəcəyik”.
Nazir Ay missiyası ilə bağlı ölkəsinin hansı ölkələrlə əməkdaşlıq edəcəyindən də danışıb:
“Üç ölkə ilə müqavilə imzaladıq. Pakistan və Azərbaycanla müqavilələrimiz hazırdır, imza mərhələsindədir”.
Son xəbərlər
Son Xəbərlər