Türkiyə azad olunan ərazilərdə tibb müəssisələrinin yaradılmasına kömək edəcək

turkiye-azad-olunan-erazilerde-tibb-muessiselerinin-yaradilmasina-komek-edecek
Oxunma sayı: 965

Səhiyyə Nazirliyində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Cahit Bağcı çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır, hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

Cahit Bağcı, həmçinin 44 gün davam edən Vətən Müharibəsində işğaldan azad olunan ərazilərdə ən müasir tibb müəssisələrinin yaradılmasında Türkiyənin köməyini əsirgəməyəcəyini söyləyib.