Türkiyə-Azərbaycan: qarşı-qarşıya

turkiye-azerbaycan-qarsi-qarsiya
Oxunma sayı: 647

ANS PRESS-in NTV telekanalına istinadən verdiyi məlumata görə, İstanbuldakı “Türk Telekom Arena”da stadionunda keçiriləcək qarşılaşma NTV ilə canlı yayımlanacaq. Azərbaycan telekanallarının oyunu yaymlayıb-yayımlamayacağı hələlik məlum deyil. AFFA-nın internet saytının məlumatına görə, telekanallarımızın yayım hüququ ilə bağlı danışıqları davam edir.

Oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın əsas hakimi Peter Rasmussendir. Ona Henrik Sonderbi və Niels Hoeg kömək edəcək.

Bu gün həmçinin Almaniya-Belçika və Qazaxıstan-Avstriya qarşılaşmaları da keçiricək. Almaniyadan sonra Avropa çempionatının final mərhələsində çıxış etmək hüququ qazanacan ikinci komanda (Türkiyə və ya Belçika) bu günkü oyunlardan sonra məlum olacaq. Son turadək turnir cədvəlində vəziyyət belədir: Almaniya - 27 xal, Belçika - 15 xal, Türkiyə - 14 xal, Avstriya - 11 xal, Azərbaycan - 7 xal, Qazaxıstan - 3 xal.

Bu günkü qarşılaşma Türkiyə və Azərbaycan milliləri arasında sayca 7-ci oyundur. İndiyədək keçirilən qarşılaşmalardan 4-ündə Türkiyə, 1-ində Azərbaycan millisi qalib gəlib, 1 oyunda isə heç-heçə qeydə alınıb. Keçirilmiş 3 rəsmi və 3 yoldaşlıq oyununda Azərbaycan millisi 2 qol vurub və qapısında 8 qol görüb. İki komanda arasındakı son qarşılaşma ötən ilin oktyabrında Bakıda keçirilib və millimiz 1:0 hesabı ilə qalib gəlib.