Türkiyə Azərbaycana mina təmizləyən maşınlar göndərdi - Fotolar

turkiye-azerbaycana-mina-temizleyen-masinlar-gonderdi
Oxunma sayı: 2598

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana 20 mina təmizləyən maşın göndərib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, göndərilən maşınlar nazirliyin tabeliyindəki ASFAT AŞ tərəfindən yerli imkanlar hesabına istehsal olunub:

“20 ədəd MEMATT-ı (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş ölkə Azərbaycana ixrac edirik. Kayseridən gələn hava qüvvələrimizə aid təyyarə ilə Bakıya ilk partiyanı göndəririk”.