Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

turkiye-azerbaycanda-pua-istehsalinin-teskili-imkanlarini-arasdirir
Oxunma sayı: 1046

“Müdafiə sənayesi əhəmiyyətli mənbələr tələb edən bir sahədir. Resurslarımızı çox səmərəli istifadə etməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Antalya Diplomatiya Forumunda çıxış edərkən bildirib.

“PUA nümunəsini götürək. Azərbaycanda bir PUA fabriki qurmaq nə qədər təsirli olardı, bunu etməliyik, yoxsa orada başqa bir model istehsal etməliyik? İki ölkənin bir-birini tamamlayacaq və gücləndirəcək şəkildə əməkdaşlıq edəcəyini düşünürük. Müdafiə sənayesi əhəmiyyətli mənbələr tələb edən bir sahədir. Resurslarımızı çox səmərəli istifadə etməliyik. Bir şeyi təkrarlamaq əvəzinə qoyduğumuz sərmayənin hər iki ölkəyə qatqısı olmalıdır”, - deyə İsmayıl Dəmir qeyd edib.