Fransada təşkil olunacaq Avropa Çepionatının final mərhələsi öncəsi yoxlama oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, dünən baş tutan qarşılaşmada Avropa Çempionatının iki iştirakçısı – İngiltərə və Türkiyə milli komandaları üz-üzə gəlib. Mançester şəhərində yerləşən "Etihad Stadium”da reallaşan qarşılaşma İngiltərə millisiniin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sözügedən milli komandalar tarix ərzində 11 dəfə qarşılaşıb. Həmin qarşılaşmalarda 2 bərabərlik qeydə alındığı halda, 9 dəfə İngiltərə millisi qələbə qazanıb.
İngiltərə - Türkiyə 2:1
Qollar: Harri Keyn 3, Ceymi Vardi 83- Hakan Çalhanoğlu 14.
Son xəbərlər
Son Xəbərlər