Türkiyədə son sutka ərzində koronavirusdan 95 nəfər dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bununla da Covid-19 qurbanlarının sayı 2900-a yüksəlib. Son bir gün ərzində 2131 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. Ümumi yoluxanların sayı 112 min 261-dir.
Koronavirusdan sağalan xəstə sayı 4651 olub ki, bununla da sağalma faktı yoluxma halını yenidən üstələyib. Üstəlik, bu rəqəm indiyədək bir gün içində sağalan ən yüksək xəstə sayının göstəricisidir.

Son xəbərlər
Son Xəbərlər