Türkiyə Böyük Millət Məclisinin baş toplantısında MHP və AK partiyaları arasında anlaşılmazlıq yaşanıb.
“Qafqazinfo” cnntürk-ə istinadən xəbər verir ki, dava MHP-nin İŞİD ilə əlaqədar qrup təklifinin səsverməsi zamanı baş verib.
Səsvermə zamanı MHP-çi Əli Uzunırmak, toplantıda olmamalarına baxmayaraq bəzi AK Partiyalı vəkillərin səslərindən istifadə etdiyini iddia edərək, onları saxtakarlıqla günahlandırıb.
Bundan sonra AK partiyasının Malatya üzrə millət vəkili Mustafa Şahin, Uzunırmakın üzərinə atılıb və yumruq-təpik davası başlayıb. Nəticədə Uzunırmak yıxılıb, Şahinin isə qaşı partlayıb.
Son xəbərlər
Son Xəbərlər